“Rusların Gürcüstandakı daşınmaz əmlakları onlardan satın alınmalıdır”- SAAKAŞVİLİ

“Milli təhlükəsizlik səbəbi ilə Rusiya vətəndaşlarının Gürcüstanda əldə etdiyi daşınmaz əmlak məcburi şəkildə onlardan satın alınmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvilinin fikrincə, gec-tez Gürcüstanda hakimiyyət dəyişəcək və o zaman rusların kütləvi şəkildə daşınmaz əmlak almasının nəticələri ilə məşğul olmaq lazım gələcək.

“Rusların əksəriyyətinin mental korreksiyası mümkün deyil. Bu adamlar Gürcüstan üçün artan təhlükə mənbəyidir. Hökumət dəyişən kimi ruslara Gürcüstandakı mənzillərini satmaq üçün bir il vaxt verilməlidir. Rusların Gürcüstanda uzunmüddətli gələcəyi yoxdur”.”, – Saakaşvili heesab edir.

Azpost.info

Əvvəlki məqalə

“HƏMAS döyüşlər üçün yanacaq, ərzaq və dərman ehtiyatı yığıb”

Sonrakı məqalə

HƏMAS Təl-Əvivə raket zərbəsi endirib