Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçunun həyat yoldaşı İşıl Recber açıqlayıb.
O bildirib ki, 47 yaşlı Rüştü COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib: “Ailəliklə verdiyimiz testlərdə mənim, qızımın və oğlumun analizləri neqativ çıxdı. Rüştüdə isə pozitiv oldu. Buna görə də o xəstəxanaya yerləşdirilib”.