Rüstəm Usubov və Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adı verilib
Prezident İlham Əliyev Usubov Rüstəm Sabir oğluna və Əsgərov Namiq Əli oğluna “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
APA-nın məlumatına görə, fəxri ad R. Usubov və N. Əsgərova Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.
