Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rüşvət ittihamı “publika” üçündür…”

Orkhan Ali 24 Aprel 2024 - 13:57 (Last updated: 21 May 2025 - 20:15)
photo_2024-04-24_12-42-24

Külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilən Rusiya müdafiə nazirinin müavini Timur İvanov dövlətə xəyanətdə şübhəli bilinə bilər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Federeal Təhlükəsizlik Xidmətinə (FTX) yaxın iki mənbə bildirib.

“Rüşvət ittihamı “publika” üçündür. Hələlik onlar dövlətə xəyanət barədə açıq danışmaq istəmirlər. Bu, böyük qalmaqaldır, hər şeydən əvvəl, müdafiə nazirinin müavinidir…”, – mənbə bildirib.

Başqa bir mənbə qeyd edib ki, İvanov korrupsiyaya görə tutulmazdı, çünki hamı çoxdan bilirdi.

Rusiya mətbuatı yazır ki, FTX-nin Hərbi Əks Kəşfiyyat İdarəsi uzun illərdir ki, İvanovla bağlı kompromat materialları saxlayır. Əvvəllər Rusiya rəhbərliyi bu materialları üzə çıxarmağa icazə vermirdi. Həm də müdafiə naziri Sergey Şoyqu İvanovun müdafiəsinə qalxmışdı.

“İndi onlar nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edəcəklər və ya ittihamı vətənə xəyanət kimi qiymətləndirəcəklər”, – mənbə bildirib.

Dövlətə xəyanət (Cinayət Məcəlləsinin 275-ci maddəsi) işi Federal Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır. Dövlətə xəyanət və casusluq işləri “gizli” və “tam məxfi” kimi təsnif edilir. Ötən ilin aprelində Rusiya prezidenti dövlətə xəyanətə görə ömürlük həbs haqqında qanun imzalayıb. Bundan əvvəl cəza 12 ildən 20 ilə qədər həbs idi.

Aprelin 24-də səhər saatlarında Moskvanın Basmannı məhkəməsi İvanovu iyunun 23-dək həbsə göndərib. Müstəntiqlərin fikrincə, o, cinayət törətmək üçün üçüncü şəxslərlə cinayət əlaqəsinə girib, Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işləri zamanı əmlak xidmətlərinin göstərilməsi şəklində xüsusilə külli miqdarda rüşvət alıb. Onunla birlikdə işdə iştirak edən başqa bir şəxs Sergey Borodin də həbs edilib. Ona oxşar maddə ilə ittiham irəli sürülüb.

İvanov 2016-cı ilin mayından bu postu tutur. İttiham sübuta yetirilərsə, onu 15 ilə qədər həbs gözləyir. Nazir müavini günahını etiraf etməyib.

Azpost.info

Post navigation

Previous: Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişlənir
Next: Azərbaycanla Ermənistan bu gün sülhə heç vaxt olmadığı qədər yaxındırlar

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.