Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Yayın istisi gündəlik həyatı çətinləşdirdiyi kimi rütubətli hava vəziyyəti daha da dözülməz edir. Mütəxəssislər rütubətin insan orqanizmində problemlərə yol açdığını bildirirlər.

Bədəndə mayenin buxarlanması üçün enerji lazımdır və tər buxarlanarkən enerjidən istifadə edərək orqanizmin hərarətini azaldır. Ancaq yüksək rütubət olduqda, tər kifayət qədər buxarlana bilməz, çünki hava demək olar ki, tamamilə nəmlə doludur. Buna görə də soyuya bilməyən bədən daha çox tər ifraz edərək özünü soyutmağa çalışır.

“The İndependent” nəşrində mövzu ilə bağlı professor Rahul Şarmanın “Forbes” jurnalında məqaləsi yer alıb.

Professorun sözlərinə görə, dəridə nəmin yığılması özümüzü yapışqan və narahat hiss etməyimizə səbəb olur: “Bu vəziyyət sağlamlıq problemləri ilə yanaşı, narahatlığa da səbəb ola bilər. Alimlər deyirlər ki, tərlədikcə orqanizm su itirir və susuzluğa səbəb olur. Bundan əlavə, bədənin soyuya bilməməsi də istiliyə səbəb ola bilər. 41 dərəcə və ya daha yüksək temperatura çatan bədən artıq öz temperaturunu idarə edə bilmir. Mütəxəssislər şüur itkisi və ya qıcolmalarla özünü göstərə bilən istilikvurmanın tez bir zamanda müalicə edilmədikdə insanı öldürə biləcəyini deyirlər”.

R.Şarma qeyd edib ki, rütubətli hava tənəffüs yollarının daralmasına səbəb ola bilər, astma və xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən insanlar xüsusilə risk altındadır. Bəs bu havada bir az dincəlmək, sağlamlığı qorumaq üçün nə etmək olar? Hava proqnozu rütubətin yüksək olacağını deyirsə, çoxlu su içmək lazımdır. Həddindən artıq tərləmə nəticəsində yaranan susuzluğun qarşısı alınır. Alimlər meyvə şirəsi və ya tərkibində çox su olan qidaların istehlak edilə biləcəyini deyirlər. Spirtli içkilər tövsiyə edilmir.

Pensilvaniya Sağlamlıq Sistemi Universitetinin professoru Antoni Mazzeo tövsiyə edib ki, kondisioneri olmayanlar pəncərələri açıb ventilyatorun qabağına soyuq su töksünlər. Kondisionerlər ətrafdakı rütubəti də aşağı salır. Bu, soyuq havanın dövr etməsinə və tərin buxarlanmasına imkan verir: “Hava buraxan parçalardan paltar geyinmək bədənin sərinləşməsinə də kömək edir”.

Alimlər onu da bildirirlər ki, kölgədə qalmaq lazımdır və hiss olunan havanın temperaturunun ümumiyyətlə kölgədəki temperaturu ifadə etdiyini vurğulayırlar. Şəkərli diabet və ürək xəstəliyi olan insanlara isti havada daha diqqətli olmaq tövsiyə edilir.

Əvvəlki məqalə

Bakıda ev ağcaqanad dərmanından yanıb –

Sonrakı məqalə

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb –