Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana gəlib –

User 12 Oktyabr 2025 - 20:18 (Last updated: 12 Oktyabr 2025 - 20:56)
resul04
Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana gəlib.
AzPost bildirir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağası Şakiroğlu məlumat verib.
Ailə üzvləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərinin, Şəhidlər Xiyabanını ziyarət edib.
Onlar azad olunmuş Qarabağ torpaqlarını ziyarət edəcək, digər tədbirlərdə iştirak edəcəklər.
“Məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir. Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident Ilham Aliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban Aliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm”- deyə A.Şakiroğlu deyib.
Rəsul Quliyevin qızı Xanım Hənna bildirib ki, 30 ildən sonra ailə üzvlərimlə birlikdə vətəni Azərbaycana gəliblər:
“Müstəqil Azərbaycanımızın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezidentimiz Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların, xüsusi hörmət bəslədiyimiz digər şəxsiyyətlərin məzarlarını ziyarət etdik.
Ardınca bizlərə məğrurluq, qürur, iftixar və qələbə hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdik.
Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir.
Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq.”

AzPost.az

Post navigation

Previous: Bu avtomobilin qiyməti 3 milyon avrodur –
Next: Rusiya Zaporojye AES-i Ukrayna elektrik şəbəkəsindən ayırdı –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.