Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Səba” broyler bağlanmayıb” –

User 20 Avqust 2024 - 14:00 (Last updated: 21 May 2025 - 20:15)
seba
“Səba” Açıq Səhmdar Cəmiyyətinin (ASC) istehsalı və satışın dayandırması ilə bağlı yayılan məlumatlara qurumun rəhbəri münasibət bildirib.  
Azpost.info bildirir ki, ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatda yanlışlıq olduğunu deyib.
“Səba” ASC bağlanmayıb və fəaliyyətini dayandırmayıb. ASC 100 faizlik təsisçisi olduğu yeni törəmə cəmiyyəti yaradıb. Quşçuluq fəaliyyətini həmin cəmiyyətə ötürüb. Hazırda “Səba” məhsullarının istehsalı həmin MMC tərəfindən həyata keçirilir”, deyə Faiq Hüseynov bildirib.
Bütün əməliyyatlar həmin şirkət tərəfindən həyata keçiriləcək. Burda hər hansı bağlanma və ya dayanmadan söhbət gedə bilməz.
Faiq Hüseynov “Səba” ASC-nin işçilərinin fəaliyyəti və əmək haqları ilə bağlı da hər hansı bir narahatçılığın olmadığını deyib:
“Əməkdaşlarımız yeni yaratdığımız şirkətin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər”.
Qeyd edək ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, “Səba” ASC istehsalı və satışı dayandırıb. Şirkətdən verilən açıqlamada istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
“Səba” ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.

Post navigation

Previous: Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyəti qadağan edilib
Next: Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib

Oxşar xəbərlər

Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37
ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19

xƏBƏR

Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Şəkər əvəzediciləri ilə hazırlanan konfet və şirniyyatların həddindən artıq istehlakı orqanizmdə arzuolunmaz reaksiyalara səbəb ola bilər. Hətta...
Read more about Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq
İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi idman zali
  • Maraqlı

İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi

User 28 Oktyabr 2026 - 20:48
Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37
Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14
İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq? ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.