“Sədərək” Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb –

FOTO
18 Fevral 2020 - 08:53

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən “Sədərək” Ticarət Mərkəzinə gəlib.

Yanğının qarşısının tam alınması üçün tədbirlər davam etdirilir. 

***

09:09

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir. (APA)

**

“Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.