Çində koronavirus qurbanlarının sayı 1868-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə yüksəlib. 

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların 12.5 mindən çoxu sağalaraq xəstəxanalardan buraxılıb.

Məlumata görə, ölkədə gün ərzində koronavirusdan 98 nəfər ölüb, 1701 nəfər isə sağalıb. Sutka ərzində yoluxanların sayı 1,8 min artaraq ümumilikdə 72,4 min nəfəri keçib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sədərək” Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb –

Sonrakı məqalə

Ağdaşda gənc qız xaşdan zəhərləndi