Səhər yeməyində nələrdən imtina etməliyik?

10 İyun 2021 - 01:28

Səhər yeməyi qidalanmanın ən vacib hissəsidir. Mütəxəssilərin əksəriyyəti səhər yeməyinin vacib olduğunu vurğulayırlar.

Amma səhər yeməyində nələrin yeyilməsi də ən vacib məqamdır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri səhər yeməyində nələrdən imtina etmək barədə tövsiyələrini açıqlayıb. Onlar aşağıdakılardır:

Şirin çay

Hazır qidalar

Sosiska, kolbasa

Ağ undan hazırlanmış kremli məmulatlar

Yağlı, qızardılmış xörəklər

Şirin çay qanda qlükozanı kəskin artırır, şəkər asılılığı yaradır. Xüsusən uşaqlara şirin çay verilməsi tövsiyə olunmur.