Vətən Müharibəsində şəhid olmuş Adil İbrahimlinin ailəsi yeni mənzillə təmin olunub.
Azpost.info bildirir ki, bu barədə Əmək və Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.
“Vətən müharibəsi həm də Azərbaycan qadınının yüksək mənəviyyatını, sarsılmaz iradəsini və məğrurluğunu bir daha nümayiş etdirdi. Şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimlinin timsalında da biz bunun şahidi olduq. Bu gün o, şəhid ailəsi kimi yeni mənzillə təmin olundu”-deyə o yazıb.
Nargül İbrahimlinin şəhid olmuş həyat yoldaşının nəşini çiynində daşıması əks olunun fotosu böyük rezonans vermişdi.