Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şəhid Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş bilik yarışı keçiriləcək

User 09 Fevral 2024 - 14:09 (Last updated: 21 May 2025 - 20:15)
sehid hedef

Azərbaycan Memarlıq və İnşaat Universiteti, MUSİAD Azərbaycan və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Vətən müharibəsində Şəhid olmuş müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunan bilik yarışı keçiriləcək.

 Azpost.info bildirir ki, “Qoşqar – Riyaziyyat və Məntiq” adlı yarış 10 mart 2024-cü il tarixində keçiriləcək.

2022-ci ildə təsis edilən yarış Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunub. Bu il üçüncüsü dəfə keçiriləcək.

“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının bu ilki buraxılışı Bakı, Sumqayıt, Xırdalan və Kürdəmir şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri arasında keçiriləcək.

Bir mərhələdə keçirilməsini nəzərdə tutduğumuz yarışda şagirdlər 1 saat müddətində 30 sualı cavablandıracaqlar. Yarışda şagirdlərin iştirakı ödənişsizdir. Layihə təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilir.

3-cü “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının  təşkilatçıları Azərbaycan Memarlıq və İnşaat Universiteti, MUSİAD Azərbaycan və Hədəf Şirkətlər Qrupudur.

Şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.

2016-cı ildə Hədəf Kurslarında pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.

2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində müharibəyə qatılıb. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.

2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ali baş komandanın əmri ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

 Yarışda iştirak etmək istəyənlər Hədəf Kursları filiallarına yaxınlaşaraq ödənişsiz olaraq buraxılış vərəqi əldə edə bilərlər.

Telefon: +994 77 5550121   www. https://hedefgroup.az

 

Post navigation

Previous: Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamağa hazırdır
Next: İmişli rayonunda erkən nikah əleyhinə aksiya keçirilib

Oxşar xəbərlər

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri,...
Read more about Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.