“Şəhidlərin sayı ilə bağlı açıqlamamda texniki səhv oldu” –

Deputat Arzu Nağıyev qalmaqala aydınlıq gətirdi
17 İyul 2020 - 01:08

Türk media qrumlarından birinə verdiyim açıqlamamda texniki səhv olub , şəhidlərin sayı yanlış bildirilib”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisə Tovuzdan seçilmiş deputat Arzu Nağıyev sosial şəbəkədə rezonans doğurmuş müsahibəsi barədə izahatında yazıb.

“Dünən şəhidlərimizin sayı 11 olub, bu gün daha 1 şəhid verdik, 2 nəfər mülki vətəndaşımız (Ağdam kənd sakini Əzizov Əziz mərmi qəlpəsindən , “Bozqurd”Asif ürək tutmasından) da müharibə şəraiti ilə bağlı dünyasını dəyişib. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin”.

A.Rəhimov deyib ki, əsas məqam odur ki, Azərbaycan Ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb: “Qəhrəmancasına həlak olan bir neçə şəhidin dəfn mərasimində iştirak etdim, onların fədakarlıqları heç zaman unudlmayacaq: Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür,erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır…”