Şəhla Hümbətova ABŞ-da beynəlxalq mükafat aldı –

Melani Tramp və ABŞ dövlət katibi mükafatı vəkilə təqdim edib
04 Mart 2020 - 22:25

ABŞ Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatı təqdim olunub.

Azpost.info bildirir ki, mükafatlandırma mərasimində Birinci ledi Melaniya Tramp da iştirak edir. Mükafata layiq görülənlər sırasında 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərən Şəhla Hümbətova da var. ABŞ Dövlət katibi mükafatı Ş.Hümbətovaya təqdim edib. M.Tramp azərbaycanlı vəkili təbrik edib.

Bu il mükafat dünyadan 12 qeyri-adi qadına verilir.

Mükafatlandırma mərasimində Birinci ledi Melaniya Tramp çıxış edib.

Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır.

2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 134 qadını bu mükafata layiq görüb. Bu ilki təqdimatdan sonra laureatların sayı 146-ya çatacaq.

2007-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatı Azərbaycanda hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovaya təqdim edilib.

Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Gafari, Ermənistandan jurnalist Lüsi Koçaryan, Boliviyadan jurnalist Ksimena Galarza və digərləri də var.