“Səhranın bəyaz günəşi” filmindəki məşhur “Abdulla” vəfat edib –

FOTO
01 May 2021 - 21:09
Tanınmış gürcü kino aktyoru Kaxi Kavsadze 86 yaşında vəfat edib.
Azpost.info bildirir ki, Kavsadze Tiflis klinikasında koronavirusdan dünyasını dəyişib. Şota Rustaveli adına teatrda 3 gün davam edən vida mərasiminə hökumət rəsmiləri, müxalifət, məşhur aktyorlar qatılıb. Mərasim TV-lərlə canlı yayınlanıb.
Kavsadze həyat yoldaşının yanında dəfn olunub.
SSRİ-nin “Səhranın bəyaz günəşi” filmindəki Abdulla rolu ilə məşhurlaşan aktyor ekranda 80-dən çox obraz yaradıb. Onun Don Kixot və Abdulla obrazlarının sitatları xalq arasında məşhur idi.