“Səhranın bəyaz günəşi” filminin məşhur aktyoru xəstəxanaya yerləşdirildi –

FOTO
17 Fevral 2021 - 09:15

ovet və gürcü aktyoru Kaxi Kavsadze Tbilisidə Birinci Universitet Klinikasının xəstəxanasına yerləşdirilib.

Bu barədə tibb müəssisəsinin direktoru Levan Ratianiyə istinadən Gürcüstanın Birinci telekanalı bildirib.

Həkim qeyd edib ki, aktyorun vəziyyəti sabit ağırdır. Qeyd edilir ki, onda ikitərəfli pnevmoniya aşkarlanıb.

Həmçinin vurğulanır ki, aktyor ötən ilin sonunda Birinci Universitet Klinikasında koronavirus infeksiyasından müalicə olunub.

Qeyd edək ki, Kaxi Kavsadze bir sıra filmlərdə rollar oynayıb. O, xüsusən “Səhranın bəyaz günəşi” filmindəki Abdulla rolu ilə məşhurdur.