Ermənistanın Qarabağ müharibəsi itkilərinin sayı 3 849 nəfərə çatıb

Ermənistan ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 849 nəfərə çatdığını açıqlayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onların bəziləri əvvəllər itkin sayılan hərbçilərdir. Qarabağda aparılan axtarışlar zamanı itkin düşmüş 1 379 hərbçinin meyiti tapılıb.

Bu gün Azərbaycan tərəfi müharibədə həlak olmuş daha 106 erməni hərbçinin meyitini qarşı tərəfə təqdim edib.

Beləliklə, bu günə olan məlumata əsasən ikinci Qarabağ müharibəsində Ermənistanın həlak olmuş hərbçilərinin sayı 3 849 nəfər təşkil edir.

Xatırladaq ki, yanvarın 21-də Ermənistanın Səhiyyə naziri Anait Avanesyan müharibədə ölən hərbçilərin sayının 3 450 nəfər olduğunu açıqlayıb. Eyni zamanda hazırda Qarabağda daha bir neçə yüz itkin erməni hərbçinin axtarışları aparılır. Bu baxımdan Ermənistanın müharibə itkilərinin sayının artacağı istisna olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Səhranın bəyaz günəşi” filminin məşhur aktyoru xəstəxanaya yerləşdirildi –

Sonrakı məqalə

Britaniyanın kral ailəsinə sui-qəsd planlaşdıran şəxsə 28 il həbs cəzası verildi