Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qarşılaşması heç-heçə ilə başa çatıb –

“Grand Chess Tour”
08 İyun 2021 - 23:32

İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.