Şəki Atçılıq Mərkəzi ciddi nəzarətə alındı –

Ac atlar sosial şəbəkədə etiraz doğurdu, nazirlik hərəkətə keçdi (FOTO)
23 Aprel 2021 - 20:41
Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətə alınıb.
Azpost.info bildirir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir.
“Bugün (23.04.2021) Nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib. Müəssisəyə maddi yardım təqdim olunub, atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib”.
Mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.
Qeyd edək ki, Mərkəzin ac qalan atlarının fotoları sosial şəbəkədə yayılmışdı və ciddi rezonans doğurmuşdu.