Şəki Tibb Kollecində oxuyan 19 yaşlı tələbə qız oğurlandı

27 Noyabr 2019 - 10:13

Şəki şəhərində tələbə qız oğurlanıb.

Trend-in məlumatına görə, hadisə Şəki Tibb Kollecində baş verib.

Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən oğurlanıb.

Araşdırmalar zamanı məlum olub ki, qızı İntiqam Kərimov adlı şəxs tərəfindən oğurlanıb və hazırda Bakının Binəqədi rayonu, DSK yolu deyilən ərazidəki evlərdən birində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.