Şəkidə yük maşını aşıb, xəsarət alan var

FOTO
08 Oktyabr 2021 - 15:49

Şəkidə yük maşını aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 7-dən 8-ə keçən gecə Şəki-Qax avtomobil yolunun 6-cı kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Bakı şəhər sakini Alim Babaş oğlu Xələfovun idarə etdiyi “Shacman” markalı, 99 BL 468 dövlət nömrə nişanlı iritutumlu yük maşını idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Xələfov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.