Səməd Seyidov AŞPA-da Naira Zoqrabyanın “əsirlərin” müzakirəsi” təklifini rədd edib –

"Təəccüblə mənə baxdı..."
21 İyun 2021 - 15:45

AŞPA-da Azərbaycan nümayədnə heyətinin rəhbəri Səməd Seyidov Ermənistandan olan nümayəndə heyətinin üzvü Naira Zoqrabyanın “hərbi əsirlər” barədə müzakirə aparmaq cəhdini rədd edib. 

Azpost.info bildirir ki, bu barədə N.Zoqrabyan sosial şəbəkədə yazıb.  Onun sözlərinə görə, Strasburqda avropa mühafizəkarları və demokratları qrupunda Səməd Seyidovla bu barədə danışmağa cəhd edib. Səməd Seyidov buna qəti etiraz edib və müzakirə etməkdən imtina edib: “Səməd Seyidov təəccüblə mənə baxdı və dedi ki, Azərbaycanda erməni hərbi əsirləri yoxdur, Bakı bütün əsirləri qaytarıb. Qalanları isə terrorçulardır”.

Zoqrabyan söhbəti davam etdirməyə cəhd etsə də Səməd Seyidov məhkəməsi keçirilənlərin diversiya və terrorla məşğul olan cinayətkarlar olduğunu bildirib. S.Seyidov həmçinin vurğulayıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin 50 faizi saxtadır.