Şəmkirdə baş verən qəzada 2 nəfər ölüb-

4 nəfər xəsarət alıb
16 Fevral 2020 - 22:42

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.