Sənət dostları Baloğlan Əşrəfovun məzarını ziyarət edib

30 Aprel 2021 - 12:16

Tanınmış sənət  adamları  mərhum Əməkdar artist Baloğlan Əşrəfovun məzarını ziyarət ediblər.

Onlar arasında Əməkdar artist Rühəngiz Allahverdiyeva, müğənni Nazənin və Samirə Yusifqızı yer alıblar. Sənətçilər lentə aldıqları videonu “Instagram” hesabında yayımlayıblar.

Qeyd edək ki, B.Əşrəfov 70 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib. O, Masallının Bədəlan kəndində valideynlərinin yanında dəfn edilib.