Mart ayında inflyasiya 4,1 faiz təşkil edib –Elman Rüstəmov

Azərbaycanda inflyasiyanın səviyyəsi 2021-ci ildə hədəf diapazonunda qalacaq.

“APA-Economics”in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bir qədər dəyişən proqnoz horizontunun dəyişməsinə baxmayaraq, marta illik inflyasiya 4,1% təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.

Xatırladaq ki, hədəf diapazonu 4% civarındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Sonrakı məqalə

Sənət dostları Baloğlan Əşrəfovun məzarını ziyarət edib