“Səngəçal terminalına zərbə endirsələr adekvat reaksiya verməliyik” –

PREZİDENT
28 Oktyabr 2020 - 22:57

“Əgər onlar söz verdiklərini reallaşdıra bilsələr, yəni Səngəçal terminalına və ya bizim neft və qaz kəmərlərinə bomba zərbələri endirsələr, bu, əlbəttə ki, risklərlə əlaqəli olacaq. Düşünürəm ki, bu halda onları (Ermənistanı – İF) qınayacaqlar. Çünki bu qaz və neft əsasən Avropa istehlakçılarına lazımdır. Sirr deyil ki, Azərbaycanın qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə imkan yaradır və yaradacaq. Ancaq belə təhlükə mövcudur və biz buna adekvat reaksiya verməliyik”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, neft tədarükünə gəlincə, bu gün Aİ-nin bəzi ölkələri neftə tələbatlarının təxminən 40-50%-ni Azərbaycan hesabına təmin edirlər. “Əgər bu neft və qaz kəmərləri ilə nə isə baş verərsə, o zaman Ermənistan artıq ciddi beynəlxalq təzyiq ilə üzləşəcək. Buna baxmayaraq, bu onları dayandırmır. Çünki onlar Bakı-Novorossiyk neft kəmərinə bomba zərbəsi endirməyə cəhd ediblər. Bu, Azərbaycanı Rusiya ilə birləşdirən neft kəməridir”, – o qeyd edib.

Əliyev əlavə edib ki, Mingəçevirdə elektrik stansiyalarına bomba zərbələrinin endirilməsi Azərbaycanın enerji sisteminin sıradan çıxarılmasına yönəlib. “Lakin biz artıq şaxələnmiş enerji şəbəkəsi, yeni elektik stansiyaları yaratmışıq”, – Azərbaycan lideri bildriib.