“Sərhədlərini Avropaya açmayan Yunanıstanı dəstəkləyirik” –

Avropa İttifaqı
02 Mart 2020 - 11:39

Avropa İttifaqı (Aİ) suriyalı qaçqınları sərhədlərindən buraxmayan Yunanıstanı dəstəkləyib.

Bu barədə Sondakika.com məlumat yayıb. Bildirilir ki, Aİ Şurasının rəhbəri Şarl Mişel məsələyə münasibət bildirib. “Avropa sərhədlərini qorumaq üçün Yunanıstanı dəstəkləyirik”, – deyə Ş.Mişel qeyd edib.

Ş.Mişel eyni zamanda deyib ki, vəziyyəti yaxından müşahidə edə bilmək üçün Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə çərşənbə axşamı günü Yunanıstan-Türkiyə sərhədində görüşəcək.

Qeyd edək ki, Suriya ərazisində türkiyəli hərbçilərin şəhid olmasından sonra Türkiyə Avropa sərhədlərini suriyalı qaçqınlar üçün açıb.