Sərnişinlərin təyyarədə ən çox yol verdiyi 4 səhv –Britaniyalı stüardessa açıqladı

Böyük aviaşirkətdə 16 illik iş təcrübəsi olan britaniyalı stüardessa Dianna Kastro sərnişinlərin təyyarədə ən çox yol verdiyi dörd səhvi açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Inside Hook” məlumat yayıb.

Kastro ilk növbədə ona diqqət çəkib ki, təyyarəyə minərkən bir çox səyahətçi əşyalarını yerləşdirmək üçün keçiddə dayanır.

Lakin qaydalara görə, onlar tez bir zamanda öz yerlərini tutmalı və digər sərnişinlərə keçmək imkanı verməlidirlər. “İnsanların axını dayanana qədər gözləyin və sonra sakitcə əşyalarınızı yerləşdirin”, – keçmiş stüardessa deyib.

Onun sözlərinə görə, sərnişinlər oturduqları yerdən qollarını və ya ayaqlarını çıxarmağı xoşlayırlar. Bu səhvə görə isə stüardessalar yıxıla və yaralana bilərlər. Bundan başqa, bəzi sərnişinlər stüardessalarla ünsiyyət qurarkən qulaqlıqlarını çıxarmırlar və buna görə də onları eşitmirlər.

Nəticədə həmin sərnişinlər vacib təlimatları da qaçırırlar. Qulaqlığın musiqi dinləyərkən və filmlərə baxarkən yoldaşlarını narahat etməmək üçün taxılması tövsiyə olunur.

Digər bir səhv isə stüardessalardan təyyarədə havanın temperaturunu artırmağı xahiş etməkdir. “Təyyarələr soyuq olmalıdır. Soyuq hava ürəkbulanmaya qarşı kömək edir və quruluğun dəriyə təsirini azaldır”.

Azpost.info

Əvvəlki məqalə

Beynəlxalq Mətbuat Mərkəzi bağlanır

Sonrakı məqalə

Yeni Zelandiya “Qazprom”a sanksiya tətbiq etdi