Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi və digər dövlət layihələrində podratşı şirkət olan “6-cı mərtəbə” MMC “MV Group” şirkətini məhkəməyə verib.
Azpost.info xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. İşin mahiyyəti podrat müqaviləsi üzrə mübahisələrdən ibarətdədir.
Məsələnin təfərrüatlarına gəlincə, “6-cı mərtəbə” MMC “Şərq Bazarı” kompleksinin bərpası və yenidənqurulması işləridə podratçı, “MV Group” MMC isə subpodratçı şirkət olub. Layihə başa çatdıqdan sonra “MV Group” MMC “6-cı mərtəbə” MMC-ni müqavilə öhdəliklərinə əməl etməməkdə ittiham edib. Hətta “MV Group”un layihə rəhbəri Fatih Turan bununla bağlı mətbuat konfransı keçirib. O bildirib ki, “6-cı mərtəbə” MMC təmsil etdiyi şirkətə olan borcunu ödəmək istəmir. Məlum olub ki, “MV Group”dan başqa daha iki şirkət – “MECC”MMC və “İdea Yapı” MMC də “6-cı mərtəbə”şirkətindən narazıdır.
“6-cı mərtəbə” MMC “6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.
Hüseyn