“Şərtimiz yerinə yetirilməsə, Qəzzaya su, elektrik verilməyəcək”- İsrailli nazir

“Qəzza zolağı HƏMAS radikalları tərəfindən qaçırılan israillilər azad edilənə qədər enerji və humanitar blokadada qalacaq”.

Azpost.info xəbər verir ki, bunu İsrailin energetika naziri İsrael Katz bildirib.

Onun sözlərinə görə, İsrail tərəfinin bu şərti yerinə yetirilməsə, əraziyə elektrik enerjisi və su verilməyəcək.

“Qəzzaya humanitar yardım? Qaçırılan israillilər evlərinə dönənə qədər heç bir elektrik açarı açılmayacaq, bir dənə də su nasosu işə salınmayacaq, bir dənə də yanacaq tankeri Qəzzaya girməyəcək”, – nazir deyib.

Söhbət HƏMAS radikallarının İsrail ərazisinə hücumundan sonra oğurlanaraq Qəzza zolağına aparılan təxminən 150 nəfərdən gedir. Onların taleyi hələ də qeyri-müəyyəndir.

Azpost.info

Əvvəlki məqalə

“HƏMAS-ın İsrailə hucumundan ABŞ-ın xəbərsiz olması mümkün deyil” –

Sonrakı məqalə

Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarı fəaliyyətə başlayır