Səudiyyə Ərəbistanının neftayırma zavodu raket hücumuna məruz qalıb

20 Mart 2021 - 01:10

Səudiyyə Ərəbistanını paytaxtı Ər-Riyadda yerləşən neftayırma zavodu Yəmən ərazisindən atılan PUA və raket hücumuna məruz qalıb. AZƏRTAC krallığın rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, zavodun ərazisində partlayış nəticəsində baş verən yanğın söndürülüb.

Səudiyyə Ərəbistanının Enerji Nazirliyinin bəyanatında bildirilib ki, neft rezervuarlarına zərər dəyməyib və neftin nəqli davam edir. Nazirlik əlavə edib ki, mülki obyektləri və neft təsislərini hədəf alan hücumlar terror aktlarıdır. Krallıq bu əməllərin qlobal neft bazarında yaramış sabitliyi pozmağa yönəldiyini də əlavə edib.