“Beynəlxalq ictimaiyyət İsrailin Qəzzada yol verdiyi pozuntuları dayandırılması üçün məsuliyyəti öz üzərinə götürməlidir”.
Azpost.info “Arab News”a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ərəb və islam ölkələrindən olan həmkarları ilə görüşü zamanı deyib.
Ərəb və islam ölkələrindən olan XİN başçıları atəşkəs və humanitar yardımın əraziyə daxil olmasına icazə vermək üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin turu çərçivəsində Pekinə gəliblər.
Faysal Qəzzada müharibəyə son qoymaq və insanların həyatını xilas etmək üçün beynəlxalq səyləri artırmağa çağırıb. “Biz aydın mesaj vermək üçün buradayıq: döyüşləri və qətlləri dərhal dayandırın, Qəzzaya təcili humanitar yardım çatdırın”, – deyə xarici işlər naziri bildirib.
Şahzadə Faysal əlavə edib: “Biz müharibəni bitirmək üçün Çin və vəziyyətin ağırlığını anlayan digər ölkələrlə işləməyə hazırıq”.
O, Qəzzada təhlükəli eskalasiyaya işarə edərək, indiyədək təxminən 12 000 insanın ölümünə səbəb olan zorakılığa son qoymaq üçün effektiv beynəlxalq fəaliyyət tələb edib.