Səbail rayonunun mərkəzi hissəsində su kəsilib

“Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar aprelin 8-də Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb”.

Bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Jirinovski ilə vida mərasimi başlanıb –

Sonrakı məqalə

Zakir Həsənov Kəlbəcər və Laçına gedib – VİDEO