Səhiyyə Nazirliyinə 600 min manat ayrıldı –SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Əfqanıstan çıxıb Orta Asiyada möhkəmlənmək istəyir” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 615 nəfər COVID-19-a yoluxub-