Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov daha 5 oyun keçirib

Onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən ilk mərhələnin 2-ci günündə daha 5 tur oynanılıb.

Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da hərəyə 5 matç keçirib. Təəssüf ki, təmsilçilərimiz ilk gündəki uğuru davam etdirə bilməyiblər.

Günə Alireza Firuzca ilə başlayan Məmmədyarov ağ fiqurlarla məğlubiyyətə üzülüb. O, ardınca dünya çempionu Maqnus Karlsenə və David Antona da uduzub. Qrossmeysterimiz 9-cu turda uğursuzluğa son qoymağı bacarıb. Şəhriyar qara fiqurlarla Nils Qrandeliusi üstələyib. 10-cu turda lider Aniş Giri ilə üz-üzə gələn şahmatçımız günə məğlubiyyətlə yekun vurub.

Ondan fərqli, Rəcəbov VI və VII turda 0,5 xal qazanıb. Teymur Hikaru Nakamura və Yorden van Forestlə xalları yarı bölüb. Bundan sonra Maksim Vaşye-Laqrav və Alireza Firuzca uduzan həmyerlimiz 10-cu görüşündə Karlsenlə üz-üzə gəlib. O, bu dəfə də “sülh”ə razılaşaraq, günü 1,5 xalla bitirib.

Qeyd edək ki, əsas mərhələdə son 5 turun oyunları martın 15-də keçiriləcək. Ardınca 8 ən yaxşı şahmatçı 1/4 finalda nokaut sistemi ilə yarışacaq.

14 mart

VI tur
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 0:1
Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ) – 0,5:0,5

VII tur
Yorden van Forest (Niderland) – Teymur Rəcəbov – 0,5:0,5
Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov – 1:0

VIII tur
Şəhriyar Məmmədyarov – David Anton (İspaniya) – 0:1
Teymur Rəcəbov – Maksim Vaşye-Laqrav (Fransa) – 0:1

IX tur
Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov – 1:0
Nils Qrandelius (İsveç) – Şəhriyar Məmmədyarov – 1:0

X tur
Aniş Giri (Niderland) – Şəhriyar Məmmədyarov – 0:1
Teymur Rəcəbov – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada keçmiş Baş nazir sosial-demokratlara rəhbərlik edəcək

Sonrakı məqalə

Azərbaycan Ordusunun döyüş təlimləri başlayıb –