İtaliyada keçmiş Baş nazir sosial-demokratlara rəhbərlik edəcək

İtaliyanın keçmiş Baş naziri Enriko Letta sosial-demokrat düşərgəni öz ətrafında birləşdirən “Demokratik Partiya”nın (PD – Partito Democratico) sədri seçilib.

54 yaşlı siyasətçi martın 14-də videoformatda keçirilən partiya qurultayında iki səsə qarşı 860 səslə yeni sədr seçilib. Bununla da o, martın əvvəlində partiyadaxili çəkişmələrdə vəzifəsindən istefa verən Nikola Zinqarettenin postunu tutacaq və böhran içərisində olan sosial-demokratları bu vəziyyətdən çıxarmalıdır.

Qeyd edilməlidir ki, 2013-2014-cü illərdə Baş nazir olan E. Letta o zaman onunla eyni partiyada yer alan Matteo Renzinin səyləri nəticəsində vəzifəsindən istefa verməli olmuşdu. Sonralar partiyadan ayrılan M. Renzi 2019-cu ildə “Viva İtalia“ partiyasını təsis etdi, bu ilin yanvar ayında hökuməti tərk etməklə Cüzeppe Kontenin rəhbərlik etdiyi hökumətin də süqutuna nail oldu.

Sosial-demokratlar Mario Draqinin başçılıq etdiyi yeni hökumətdə əsas siyasi qüvvələrdən biridir. C. Kontenin siyasi kursunu dəstəkləyən “Demokratik Partiya”dakı böhran hazırda M. Draqi hökumətində ”Leqa” kimi sağçı partiyalarla bir komandada təmsil olunmaqdan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda ayaqyolunda gecələyən evsiz qadınla bağlı açıqlama verildi –

Sonrakı məqalə

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov daha 5 oyun keçirib