Şəkinin Dezinfeksiya Mərkəzindən biabırçı görüntülər –Binanın özünü dərmanlamaq lazımdır (FOTOLAR)

Koronavirus (COVİD-19) səbəbilə bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da profilaktiki tədbirlərin və dezinfeksiya işlərinin əhəmiyyətinin artdığı bu günlərdə Şəki əhalisi narahatlıq içindədir. Buna səbəb isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərkibindəki Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon profilaktiki dezinfeksiya şöbəsinin binasıdır.

Rayon sakinlərinin “Yeni Sabah”a göndərdiyi şəkillərdən də aydın görünür ki, bina yararsız vəziyyətdədir. Belə ki, binanın bəzi divarları uçub, pəncərələrin çoxu sınıqdır, ümumiyyətlə bina çirk və pas içindədir. Tərk edilmiş məkanları xatırladan uçuq-sökük bu binada gigiyeniya qaydalarına necə əməl olunduğu isə sual altındadır.

Binanın fotolarını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan hökuməti koronavirusa görə jurnalistlərə qadağa qoydu

Sonrakı məqalə

İranda 103 yaşlı qadın koronavirusdan sağaldı