Sərhəd döyüşlərində yaralanmış hərbçilərin sayı açıqlandı –MÜDAFİƏ NAZİRLİYİ

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, yaralanan 282 hərbi qulluqçudan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfərin vəziyyəti orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.

Əvvəlki məqalə

Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxıldı

Sonrakı məqalə

Paşinyan Şarl Mişellə telefon danışığı aparıb