“Şəriətin tətbiqi hamının qanun qarşısında bərabərliyi deməkdir” –Taliban

“Taliban”ın Əfqanıstan ərazisində şəriət qanunlarını tətbiq etməsi, ölkənin bütün sakinlərinin qanun qarşısında bərabər olacağını nəzərdə tutur.

Bunu çərşənbə günü Əfqanıstanın müvəqqəti Nazirlər Kabineti rəhbərinin müavini Əbdül Salam Hənəfi açıqlamasında bildirib.

Həfəinin sözlərinə görə, Əfqanıstanda şəriət qanunlarının tətbiqi o deməkdir ki, bizdə korrupsiya olmayacaq və hamı qanun qarşısında bərabər olacaq: “Məsələn, varlılar da qanun qarşısında eyni məsuliyyəti daşıyacaq. Bu yolla cəmiyyətimizdəki yoxsulluq və digər problemlərlə mübarizə aparacağıq”.

O, əlavə edib ki, Əfqanıstanda xüsusilə, narkotik maddənin olmamasını və ölkədə ədalətin hökm sürməsini, dövlətin çiçəklənməsini, inkişaf etməsini təmin etmək üçün səylər gücləndirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Qareginlə görüşdə hansı mesajları verdi?

Sonrakı məqalə

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub