Şərif Şərifov bürünc medal üçün güləşəcək –TOKİO-2020

Azərbaycanın sərbəst güləşçisi, Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Olimpiya, dördqat dünya və dördqat Avropa çempionu Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Gözlənildiyi kimi, Şərif Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Abdulrəşid Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi bürünc medal üçün təsəlliverici görüşə qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacı Əliyev yarımfinala çıxdı –

Sonrakı məqalə

Bakıda 13 yaşlı qız özünü dördüncü mərtəbədən atıb