Sərkisyanın aprel döyüşünə görə qovduğu general müdafiə naziri oldu

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Baş qərargah rəisinin birinci müavini, general Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini vəzifəsinə təyib edilib.

O, müdafiə nazirinin səlahiyyətlərini də icra edəcək.

Vaqarşak Arutyunyan bu gün müdafiə naziri postundan istefa verib.

A.Karapetyan bu ilin aprelində Baş qərargah rəisinin birinci müavini təyin edilmişdi. O vaxta qədər isə Paşinyanın hərbi məsələlər üzrə müşaviri olub.

Arşak Karapetyan 2016-cı il aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Baş qərargahının kəşfiyyat idarəsinin rəsi idi. Həmin döyüşlərdən sonra o zamankı prezident Serj Sərkisyan Karapetyanı Müdafiə Nazirliyinin digər rəhbərliyi ilə birlikdə vəzifədən azad etdi. Çünki Karapetyanın idarəsinin fəaliyyəti faktiki iflasa uğramışdı və hesab edilirdi ki, kəşfiyyat Azərbaycan qoşunlarının əks-zərbə əməliyyatına hazırlaşmasından xəbər tutmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Amazon”un yaradıcısı Ceff Bezos kosmosa uçub

Sonrakı məqalə

“Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq” –