Sərt karantin rejimi Lənkəranın kəndlərinə aid deyil –Dövlət Yol Polisi İdarəsi

“Sərt karantin rejimi Lənkəran şəhərinin yalnız özündə tətbiq ediləcək. Amma Lənkəran rayonunun digər kəndlərində sərt karantin rejimi nəzərdə tutulmayıb”.

“Report” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bununla yanaşı İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərt karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə 9218 nəfər koronavirusa yoluxub-

Sonrakı məqalə

Neftçalanın sabiq icra başçısının həbs müddəti uzadılıb