Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Səudiyyə vəliəhdi Salman prezident Baydeni hədələyib –

User 09 İyun 2023 - 09:08 (Last updated: 21 May 2025 - 20:15)
bayden seud sahz

Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səud  ABŞ prezidenti Co Baydeni hədələyib.

Azpost.info bildirir ki, “The Washington Post” bu barədə informasiyanı sosial mediaya sızmış ABŞ-ın məxfi sənədlərindəki məlumatlarda aşkar edib.

Sızan sənədlərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səud ötən ilin payızında Krallığın neft hasilatını azaltmaq qərarı ilə bağlı Baydenin sözlərinə cavab olaraq onu ABŞ ilə əlaqələri kəsməklə və sərt iqtisadi tədbirlər görməklə hədələyib.

Vəliəhd bu təhdidləri ABŞ liderinin bəyanatından sonra şəxsi söhbətində edib. Məhəmməd bin Salman Vaşinqtonun Krallığın neftin ixtisarı ilə bağlı qərarına qarşı cavab olaraq hərəkətə keçəcəyi təqdirdə ABŞ-Səudiyyə münasibətlərini kökündən dəyişdirəcəyi ilə hədələyib.

Qəzet məxfi sənədlərə istinadla yazır ki, vəliəhd şahzadə  daha ABŞ administrasiyası ilə heç bir əlaqə saxlamayacağını deyib və belə bir halın  Vaşinqton üçün böyük iqtisadi nəticələri olacağını bildirib.

Nəşr xatırladıb ki, ötən səkkiz ayda Bayden Ər-Riyada qarşı heç bir tədbir görməyib. Məhəmməd bin Salmanın Amerika administrasiyasının yüksək rütbəli nümayəndələri ilə görüşləri davam edir. Belə ki, iyunun 7-də Ciddədə o, ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü nəşrə deyib ki, administrasiya Səudiyyə Ərəbistanından gələn bu cür təhdidlərdən xəbərsizdir. “Birləşmiş Ştatlar regionda mühüm tərəfdaş olan Səudiyyə Ərəbistanı ilə ümumi maraqları və daha təhlükəsiz, sabit və çiçəklənən region üçün birgə işləməyə davam edir”, – deyə rəsmi əlavə edib.

Səudiyyə OPEC+ sazişində iştirak edən ölkələrlə birgə 2022-ci ilin payızında neft hasilatını azaltmaq barədə razılığa gəlməsindən sonra Bayden administrasiyası Krallıq ilə münasibətlərə yenidən baxacağına söz vermişdi.

ABŞ səlahiyyətliləri o zaman  Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə koordinasiya etməkdə ittiham edib. 2019-cu ildə ABŞ prezidentliyinə o zamankı namizəd Bayden Krallığı beynəlxalq səhnədən təcrid edəcəyinə söz vermişdi.

 

Azpost.info

Post navigation

Previous: “Messi bezmişdi, səhər məşq etmək istəmirdi” –
Next: Benzemanı görmək üçün stadiona 62 min azarkeş gəlib –

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.