Səudiyyə XİN rəhbəri 2011-dən bəri ilk dəfə Suriyaya gedib- Əsədlə görüşüb

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud Suriyada rəsmi səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Əl Səud Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Səudiyyəli nazirin səfəri onun suriyalı həmkarı Faysal Mekdadın Ər-Riyada səfərindən bir neçə gün sonraya təsadüf edir.

Qeyd edək ki, Səudiyyə XİN rəhbəri Suriya münaqişəsinin başladığı 2011-ci ildən bəri ilk dəfədir Dəməşqə gedib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası veriləcək

Sonrakı məqalə

Kanada, ABŞ və Britaniya səfirləri Rusiya XİN-ə çağırılıb