Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası veriləcək- Duma düzəlişləri qəbul etdi

Rusiya Duması dövlətə xəyanətə görə ömürlük həbs cəzası ilə bağlı düzəlişləri ikinci və üçüncü oxunuşda qəbul edib.

Azpost.info xəbər verir ki, dövlətə xəyanətə görə məsuliyyətin sərtləşdirilməsinə dair düzəlişlər 2023-cü il aprelin 7-də Dövlət Dumasına təqdim edilib. Konstitusiya Komitəsinin təsdiqindən sonra onlar səsverməyə çıxarılıb.

“Rusiya Cinayət Məcəlləsinin 275-ci “Dövlətə xəyanət” maddəsinə dəyişiklik edilir. Casusluq haqqında qanun qəbul edildikdən sonra əcnəbilərə dövlət sirri təşkil edən məlumatların verilməsi, düşmən tərəfə keçməsi və ya Rusiyaya, ruslara qarşı yönəlmiş fəaliyyətdə dövlətə maliyyə, maddi-texniki, konsaltinq və ya digər yardımların göstərilməsi. ömürlük həbs cəzası gözləyir”, – məlumatda deyilir.

Buna qədər dövlətə xəyanətlə bağlı maddə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını, həmçinin 500 min rubla qədər cəriməni nəzərdə tuturdu.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur” –

Sonrakı məqalə

Səudiyyə XİN rəhbəri 2011-dən bəri ilk dəfə Suriyaya gedib