Səhər oyananda ağız quruluğu niyə yaranır?

Səhər yuxudan oyanarkən ağızda quruluq hissi bir çox insana tanışdır. Bəziləri bunu isti hava və ya az su içməklə əlaqələndirsə də, həkimlər bildirirlər ki, ağız quruluğu bəzən orqanizmdə baş verən digər problemlərin də əlaməti ola bilər.

Burun əvəzinə ağızla nəfəs almaq

Yuxu zamanı burun tutulduqda və ya nəfəsalma pozulduqda insan fərqinə varmadan ağızla nəfəs alır. Bu isə ağız boşluğunun qurumasına səbəb olur.

Gün ərzində kifayət qədər su qəbul etməmək, xüsusilə isti havalarda, səhər ağız quruluğuna gətirib çıxara bilər.

Bəzi dərmanların təsiri

Allergiya, təzyiq, depressiya və digər xəstəliklər üçün istifadə olunan bəzi preparatların yan təsirlərindən biri ağız quruluğudur.

Xoruldama və yuxu apnesi olan insanlarda bu problem daha çox müşahidə edilir. Belə hallarda həkim müayinəsi vacibdir.

Mütəxəssislər gün ərzində kifayət qədər su içməyi, yataq otağının havasını normada saxlamağı və problem uzun müddət davam edərsə, həkimə müraciət etməyi tövsiyə edirlər. Ağız quruluğu hər zaman ciddi xəstəlik əlaməti olmasa da, uzun müddət davam etdikdə səbəbin müəyyənləşdirilməsi vacibdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.