Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda mənzillərin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
Azpost.info xəbər verir ki, 2026/AT/02590/V3 nömrəli satınalma müsabiqəsi 22 iyul 2026-cı il tarixində ləğv olunub.
Tender çərçivəsində Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı, ümumilikdə 45 mənzilin satın alınması nəzərdə tutulurdu. Satınalmanın ehtimal olunan dəyəri 3 milyon 385 min 800 manat idi.
Müsabiqə 8 iyul 2026-cı il tarixində elan edilmiş, təkliflərin qəbulu və zərflərin açılması isə 15 iyul 2026-cı il tarixinə təyin olunmuşdu.
Satınalan qurum Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsidir.
Tenderin ləğvin səbəbi barədə məlumat açıqlanmayıb.