Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şəkərdən tam imtina maddələr mübadiləsinə zərər verir

User 20 İyun 2026 - 10:59 (Last updated: 20 İyun 2026 - 11:00)
White,Sugar,In,Wood,Spoon,On,Wood,Table

white sugar in wood spoon on wood table

Qida rasionundan saxarozanın tamamilə çıxarılması sağlamlıq üçün əvvəllər düşünüldüyündən daha ciddi fəsadlar yarada bilər. Küveytin Dasman Diabet İnstitutunun tədqiqatçıları belə gözlənilməz nəticəyə gəliblər. 

AZƏRTAC xəbər edir ki, ABŞ Endokrinoloqlar Cəmiyyətinin Çikaqoda keçirilən ENDO 2026 illik elmi konfransında təqdim olunan heyvanlar üzərində aparılmış eksperimentin nəticələrinə görə, az yağlı pəhriz fonunda şəkərdən tam imtina maddələr mübadiləsində ciddi pozuntulara və iltihabı proseslərin yaranmasına səbəb olur.

İndiyədək yağ qəbulunun azaldılması fonunda karbohidratların tamamilə məhdudlaşdırıldığı sərt pəhrizlərin orqanizmə təsiri kifayət qədər öyrənilməmişdi. Doktor Raşid Əhmədin rəhbərlik etdiyi tədqiqat qrupu 16 həftə ərzində iki qrup laboratoriya siçanını müşahidə edib.

Hər iki qrup az yağlı qidalar qəbul etsələr də, nəzarət qrupunun rasionunda saxaroza mövcud olub, ikinci qrupun qidasından isə şəkər tamamilə çıxarılıb. Tədqiqat zamanı bioloqlar qlükoza tolerantlığını, insulinə həssaslığı, qandakı metabolik hormonların səviyyəsini, bağırsaq mikrobiomunun tərkibini, həmçinin yoğun bağırsaq və qaraciyərdə iltihab göstəricilərini ətraflı şəkildə qiymətləndiriblər.

Araşdırmanın nəticələri alimlər üçün ciddi narahatlıq yaradıb. Rasionunda saxaroza olmayan gəmiricilərdə aşağıdakı problemlər qeydə alınıb:

• Qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pozulması;

• İnsulinə qarşı müqavimət (prediabet vəziyyəti);

• Bağırsaq mikroflorasında kəskin disbakterioz və mikrob balansının pozulması;

• Bağırsaqlarda iltihab;

• Qaraciyərin piylənməsi (yağlı hepatoz).

Bununla yanaşı, tədqiqatın müəllifləri mühüm bir məqama diqqət çəkirlər, belə ki, hər iki qrupdakı heyvanların bədən çəkisi demək olar ki, eyni qalıb. Şəkərsiz qidalanan siçanlarda maddələr mübadiləsinin pozulması və daxili iltihabi proseslər çəki artımı olmadan, gizli şəkildə inkişaf edib.

“Az yağlı pəhriz zamanı saxarozanın tamamilə rasiondan çıxarılması gözlənilmədən bağırsaq sağlamlığını pozur və orqanizmdə sistemli iltihabı gücləndirir. Bu isə göstərir ki, balanslaşdırılmış qidalanma şəkərin kor-koranə şəkildə rasiondan çıxarılmasından qat-qat vacibdir”, — deyə doktor Raşid Əhməd bildirib.

Onun sözlərinə görə, karbohidratların müəyyən həcmdə qəbulu bağırsaq mikroflorasının tarazlığının və immun sisteminin normal fəaliyyətinin qorunması üçün həyati əhəmiyyət daşıyır.

Əldə olunan nəticələr gələcəkdə rəsmi qidalanma tövsiyələrinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər. Belə ki, şəkərə qoyulan sərt qadağalar əvəzinə diqqətin sağlam və müxtəlif bağırsaq mikrobiomunun qorunmasına yönəldilməsi xroniki iltihabların və qaraciyər xəstəliklərinin daha effektiv qarşısının alınmasına kömək edə bilər.

AzPost.az

Post navigation

Previous: DÇ-2026:
Next: Tramp yenə Qasım Suleymanidən danışdı

Oxşar xəbərlər

memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.