Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sənədsiz ev tikənlərin nəzərinə –

User 07 İyun 2026 - 12:40 (Last updated: 07 İyun 2026 - 13:05)
heyet_evleri

Azərbaycanda, xüsusən də Bakı və Bakıətrafı qəsəbələrdə “sənədsiz evlər” problemi hər zaman aktual olub. Bir çox vətəndaş elə düşünür ki, torpaq onundursa, orada istədiyi vaxt, heç bir quruma bildirmədən ev tikə bilər.

Azpost.info bildirir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin tələbləri tamamilə fərqlidir. Qanunsuz, yəni aidiyyəti qurumlardan icazə almadan və ya məlumat vermədən ev tikənləri ciddi pul cərimələri gözləyir.

Fərdi yaşayış evləri üçün hansı qayda keçərlidir?

Qanunvericiliyə görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyən şəxs mütləq “Məlumatlandırma icraatı” qaydalarına əməl etməlir. Bu qayda aşağıdakı parametrlərə cavab verən evlərə aiddir:

Mərtəbələrinin sayısı 3-dən çox olmayan; Hündürlüyü 12 metrdən çox olmayan; Aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri.

Bu o deməkdir ki, siz tikinti layihəsini yerli icra hakimiyyətinə təqdim etməlisiniz. Əgər 1 ay müddətində sizə hər hansı bir irad bildirilməzsə, tikintiyə başlaya bilərsiniz.

Məlumat vermədən ev tikənləri hansı cərimələr gözləyir?

Əgər vətəndaş bu məlumatlandırma prosesindən yan keçib birbaşa ev tikməyə başlayarsa, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunur:

Fiziki şəxslər xəbərdarlıq edilir, vəya 300 manatdan 500 manatadək cərimə olunur. Vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək cərimələnir. Hüquqi şəxslər (şirkətlər) 15 min manatdan 25 min manatadək cərimələnir.

Əgər ev “Tikintiyə İcazə” tələb olunan kateqoriyaya aiddirsə…

Əgər tikilən obyekt fərdi ev parametrini aşırsa (məsələn, daha böyükdürsə və ya kommersiya təyinatlıdırsa) və tikinti icazəsi alınmayıbsa, cərimələr daha da sərtləşir. Bu halda fiziki şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək cərimə edilə bilər.

Cərimənin ödənilməsi qanunsuz tikilinin leqallaşdırılması (kupça verilməsi) demək deyil. Cərimə sadəcə inzibati xətaya görə tətbiq olunur. Əgər tikinti şəhərsalma normalarına, kommunikasiya xətlərinin (qaz, yüksək gərginlikli işıq xətləri, su kəmərləri) mühafizə zolağına düşürsə, məhkəmə qərarı ilə həmin tikilinin sökülməsi təhlükəsi də hər zaman qüvvədə qalır.

Buna görə də, gələcəkdə həm maddi, həm də mənəvi zərərə düşməmək üçün tikintiyə başlamazdan əvvəl sənədləşmə işlərini tamamlamaq ən təhlükəsiz yoldur.

S.Abdulla

AzPost.az

Post navigation

Previous: Paşinyan səs verdi –
Next: Meyvələri nəm salfetlərlə silmək olmaz! –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.