“Saakaşvili 4 gündür Gürcüstandadır…” – Eks-prezidentin yaxın silahdaşı şok açıqlama verdi

 Eks-prezident Mixeil Saakaşvili son 4 gün ərzində Gürcüstanda olub. 
Azpost.info bildirir ki, bu barədə sabiq dövlət başçısının yaxın ətrafından olan Eka Xerxeulidze bildirib.
“Mən biliridm ki, o, Gürcüstandadır. Dünən Saakaşvili hökumət dəftərxanası yaxınlığındakı ərazidə olub. Bu gün isə onu tutublar. Saakaşvili bir gün deyil Gürcüstandadır. O artıq 4-cü gündür ki, ölkədədir. Bu 4 gün ərzində hakimiyyətdə bu barədə heç bir məlumat olmayıb. Bu mənim üçün onun həbsdə olmasından daha dəhşətlidir”-deyə Xerxeludze vurğulayıb.
Onun sözlərinə görə, bu günlər ərzində Saakaşvili Kutaisi və Batumidə də olub.
Bu gün səhər eks-prezident bəyan edib ki, Gürcüstandadır. Axşam DİN eks-prezidentin Rustavidə saxlandığını açıqlayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezident Zelenski Saakaşvilinin həbsinə aydınlıq gətirilməsini istəyir” –

Sonrakı məqalə

“Saakaşvili əfv edilməməlidir…” –